Xəbər verdiyimiz kimi, TASS-ın yaydığı məlumata görə, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində çıxış edərkən Azərbaycan -Ermənistan münasibətlərinə toxunub.
O deyib:
“Mən təsdiq edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Azərbaycanın da eyni şeyi edəcəyini, Ermənistan SSR-in ərazisini Ermənistan ərazisi kimi tanıyacağını gözləyirik. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəqiqliklə tanıyarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması realdır.
“Yeni Gundem” mövzunu Politoloq Kənan Novruzov ilə müzakirə etdi.
Politoloq K.Novruzov hesab edir ki, cari ildə sülh müqaviləsinin imzalanması mümkün olacaq.
“Paşinyan əvvələrdə oxşar açıqlamalar verib. Ümumiyyətlə Ermənistanın hazır ki, baş naziri sələflərinə nisbətən daha loyal siyasətçidir. Paşinyan manipulyasiya yaratmağı yaxşı bacarır. Bu da onun jurnalist təcrübəsindən irəli gəlir. Paşinyan əvvələr jurnalist olub. Buna görə də, hansı fikri nə vaxt, necə istifadə etməyi çox yaxşı bilir. Nikol Paşinyanın bu tipli açıqlamaları o demək deyil ki, günü sabahı sülh müqaviləsi imzalanacaq. Paşinyanın buna oxşar açıqlamalarını şişirtmək lazım deyil. Əlbəttə onun ölkəmizin ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur. Tarixi faktlar göstərir ki, Ermənistanın mövcud olduğu ərazilər bizim tarixi torpaqlarımızdır. Çox maraqlıdır ki, Paşinyan hansı ərazilərlə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sual budur. Şübhəsiz ki, biz ölkələrin ərazilərinə hörmətlə yanaşırıq. Ancaq Qərbi Azərbaycan ərazisi bizim tarixi torpağımızdır. İndi bu məsələ daha mürəkkəbdir. Düşünürəm ki, cari ildə sülh müqaviləsinin imzalanması mümkün olacaq”,- deyə o qeyd edib.
Fərahim Rəhimov