Nüfuzunu daha sürətlə itirən AŞPA tezliklə bu erməni mövqeyindən əl çəkəcək – Azərbaycan İcmasının Qadınlar Şurasının üzvibackend

Bugünlərdə Azərbaycan ictimaiyyəti, eləcə də 1987-81-ci illərdə Qərbi Azərbaycandan/indiki Ermənistandan, tarixən yaşadıqları doğma yurdlarından erməni vəhşiliyi nəticəsində deportasiya və etnik təmizləməyə məruz qalmış 300 mindən çox Azərbaycanlını dünyanın “nüfuzlu” beynəlxalq təşkilatlardan olan AŞPA öz riyakar addımı ilə növbəti dəfə hiddətləndirdi.

Belə ki, hazırda da sessiyası davam edən AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qərar qəbul etmişdi. Sözsüz ki, belə bir qərəzli və ermənipərəst mövqe bir Qərbi Azərbaycanlı kimi 1987-91-ci illərin dəhşətli deportasiyasını yaşamış biri kimi, bütövlükdə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvlərinin kəskin etirazına səbəb olub. Biz-yurd həsrəti ilə yaşayan Qərbi Azərbaycan xanımları AŞPA-nın bu ədalətsiz qərarını kəskin şəkildə pisləyir və qurumu Azərbaycanla bağlı ədalətli və qərəzsiz qərarlar qəbul etməyə çağırırıq. AŞPA-da ermənipərəst qüvvələrin təşəbbüsü ilə həyata keçirilən anti-Azərbaycan kampaniyasının davam etməsindən dərin təəssüf hissi keçiririk. AŞPA-nın Azərbaycana qarşı müşahidə olunan bu qərəzli mövqeyi ilk dəfə deyil, qəti və birmənalı şəkildə bildiririk ki, AŞPA öz qərəzli mövqeyindən əl çəkməli və ikilistandartlara son qoymalıdır. Çünki 30 ildən artıq torpaqları işğal altında qalan, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın lehinə bir dəfə də olsun AŞPA-da bir qətnamə qəbul olunmaması təəssüf hissi doğurur. Dünya tarixində qanlı cinayət hesab olunan, azərbaycanlılara qarşı xüsusi qəddarlıqla ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi ilə bağlı bir dəfə də olsun AŞPA-da dinləmə keçirilməyib, bu faciəyə hüquqi-siyasi qiymət verilməyib. Həmişə müşahidə etmişik ki, AŞPA ermənipərəst mövqe nümayiş etdirir və fəaliyyətində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Maraqlıdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, xalqımızın qəti və birmənalı şəkildə öz liderinin ətrafında birləşməsi ermənipərəst Avropa təsisatlarında qıcıq yaradır. Belə qüvvələr həqiqətin təntənəsini alqışlamaq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına sevinmək əvəzinə, Azərbaycana qarşı yenidən qarayaxma kampaniyasına başlayır. Biz Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri AŞPA-dakı nümayəndə heyətimizə qarşı göstərdikləri qanunazidd mövqeyi kəskin şəkildə pisləyirik. Mən Amerikanşünas bir alim kimi xüsusi vurğulamaq istəyirəm ki, böyük Amerika ədibləri həmişə müharibənin əleyhinə olmuş və müharibədən əziyyət çəkən xalqların acı taleyini bədii ədəbiyyata gətirməklə bütün dünyanı müharibə əleyhinə səsləmişlər. Nobel mükafatlı Ernest Heminqueyin “Əlvida, silah” romanını buna misal göstərə bilərik. Digər Amerika yazıçısı Mark Tvein deyirdi: “Honesty is the best policy” -” Doğruluq ən yaxşı siyasətdir”. Biz ölkəmizdə multukultural dəyərlərə hörmətlə yanaşır, Avropa ilə əməkdaşlığa üstünlük verdiyimiz halda, Avropanının belə mövqe nümayiş etdirməsinə dərin təəssüf hissi keçiririk. AŞPA-nı öz kəskin mövqeyindən geri çəkilməyə, Azərbaycanda mövcud sabitliyi dəstəkləməyə bir daha səsləyirik. Bu məqamda nəinki Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyə, hətta Qərbi Azərbaycanla bağlı xüsusi dinləmələrin keçirilməsinə, dağıdılmış, məhv olmuş mədəni abidələrimizin yenidən bərpasına, yerlə yeksan edilmiş qəbirlərimizə hüquqi-siyasi qiymət verilməsini tələb edirik. Fransadakı ermənipərəst qüvvələrin təşəbbüsü ilə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə qarşı nümayiş etdirilən münasibət AŞPA-nın nizamnaməsinə və götürdüyü öhdəliklərə zidddir. Azırbaycan xalqı öz milli mənafeyini hər şeydən üstün tutur və nümayəndə heyətimizin qürurlu mövqe göstərərək AŞPA-nı tərk etməsini də dəstəkləyirik. AŞPA-nı QAİ Qadınlar Şurasının adından öz səhvlərindən nəticə çıxarmağa, anti-Azərbaycan mövqeyinə son qoymağa çağırırıq. İyirmi birinci əsrdə AŞPA-nın apardığı bu siyasət qəbuledilməzdir və sivilizasiyalararası əməkdaşlığın möhkəmlənməsinə ciddi zərbədir. Yaxşı olar ki, AŞPA bu cılız fəaliyyətinin əvəzinə Azırbaycanla Ermənistan arasında sülh prosesinin möhkəmlənməsinə öz töhfələrini versin. Azərbaycan öz öhdəliklərini məsuliyyətlə və beynəlxalq hüququn tələblərinə uyğun şəkildə yerinə yetirir. Xalqımız 7 fevral prezident seçkilərini uğurla həyata keçirməklə bir daha bütün dünyaya göstərəcək ki, Azərbaycan xalqı demokratik ənənlərə sadiqdir və xalqın hesiyyatına toxunmaq, qərəzli qərarlarla bu xalqı öz yolundan döndərmək qeyri-mümkündür! Əminik ki, dünyada getdikcə nüfuzunu daha sürətlə itirən AŞPA tezliklə bu erməni mövqeyindən əl çəkəcək.

1988-ci ildə Qərbi Azərbaycandan Paşalı rayonun Axta kəndi, sonradan adı dəyişdirilərək Əzizbəyov rayonu Axta kəndi adlandırılan indiki Ermənistandan didərgin salınmış Süsənbər Ağamalıyeva
Filologiya üzrə fəlsəfə doktoru.