Qərbi Azərbaycandan olan soydaşlarımızın fərdi və kollektiv hüquqları təmin edilməlidirbackend

Qərbi Azərbaycandan olan soydaşlarımızın məruz qaldığı sonuncu deportasiya nəticəsində 300 minə yaxın insan öz ata-baba yurdundan didərgin düşüb. 1988-1991-ci illərdə Ermənistanın hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilən deportasiya zamanı soydaşlarımız fiziki – psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalaraq, öz dədə-baba torpaqlarından qovulublar. 

Bu gün Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarının bərpası beynəlxalq miqyasda müzakirə olunur. Beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı tədbirlər keçirilir.
51 ölkədən 100-dən çox nümayəndənin qatıldığı “Qərbi Azərbaycanlıların qayıdış hüququ: Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçirilən tədbir də bu baxımdan effektiv platformadır.
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Nigar Məmmədova

Milli Məclisin deputatı