“Rusiyanın Qərbə hücum edə biləcəyi ilə bağlı bəyanatlar cəfəngiyyatdır. Onu oradakı hakim dairələr şişirdirlər ki, Ukraynaya xərcləməyə haqq qazandırsınlar”.
Bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bildirib.
“Bu, cəfəngiyyatdır, hakim dairələrə, necə deyərlər, Ukraynadakı müharibəyə öz xərclərini izah etmək və əsaslandırmaq üçün lazımdır, vəssalam”, – Putin izah edib.
Onun fikrincə, Rusiyanın “aqressiv siyasəti” mövzusunun qabardılmasının əsas səbəbi budur.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirmişdi ki, o, yaxın illərdə Rusiyanın bu ölkəyə hücumu ehtimalını real hesab etmir. Eyni zamanda o əlavə edib ki, Varşava Rusiyanın təcavüzünə müqavimət göstərməyə hazırdır. (Publika.az)