Bu gün BMT TŞ-da Qarabağdakı reallığı saxtalaşdıran, Azərbaycan əleyhinə yönələn və regionda qarşıdurmanın daha da artmasına xidmət edən bir qətnamənin qəbuluna cəhd olunacaq.
Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.
Millət vəkili açıqlayıb ki, belə bir qətnamə qəbul edilərsə, bu, Azərbaycandan çox Ermənistanın əleyhinə yönələcək.
“İlk baxışda belə bir sənəd Rusiyanın da maraqlarına cavab verirmiş kimi görünür. Ancaq bugünkü tədbiri təşkil edənlərin məqsədi həm də Rusiyanı vurub regiondan çıxarmaqdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında da çox ehtimal ki, ən çox üzərində dayanılan elə elə bu məsələyə BMT Təhlükəsizlik Şurasının bu günə planlaşdırılan toplantısı olub. Rusiya BMT TŞ-nın daim üzvü kimi sənədə indi Azərbaycanın, gələcəkdə isə öz əleyhinə yönələcək qətnamənin qəbuluna veto qoya bilər.
Hər halda kimlərin səsvermə zamanı kimlərin necə davranacağını indididən az-çox bəllidir. Sənədin arxasında kimin dayandığını da bilirik. Orasını da deyim ki, hayların qəbuluna cəhd etdikləri qətnamə Azərbaycandan çox Ermənistanın əleyhinə yönələcək. Onlar üçün böyük problemlər yaradacaq və indikindən daha acınacaqlı vəziyyətlə üzləşəcəklər”,-deyə Millət vəkili qeyd edib.
Millət vəkili onu da qeyd edib ki, başqa sənədi deyə bilməz, amma BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbulu bu gün elə də real görünmür.