Qırğızıstanda Heydər Əliyevin 100 illik yubileyinə tədbirlər keçiriləcəkbackend

Milli Məclisin Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və işçi qrupunun üzvü Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün aprelin 18-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Gundem”-ə daxil olan məlumata görə, deputatlar burada Tarix Muzeyində təşkil olunan fotosərgidə və Qırğızıstan parlamentində keçiriləcək elmi-praktik konfransda iştirak edəcəklər.

Səfər aprelin 21-də başa çatacaq.

Fərahim Rəhimov