Qızı İlqarə Xalq artisti Aygün Kazımovanın arzusunu ürəyində qoyub.
“Yeni Gundem” xəbər verir ki, bunu diva özü açıqlamasında bildirib.
O, şou-biznesin ən cavan nənəsi olmaq arzusunda olduğunu, lakin buna nail ola bilmədiyini deyib:
“Həmişə arzum olmuşdu ki, şou-biznesdə ən cavan nənə olum. Buna doğru da gedirdim. Lakin qızım dedi ki, sən saydığın say, gör mən nə sayıram…”
Qeyd edək ki, Aygün Kazımova 1989-cu ildə 18 yaşında ailə həyatı qurub. 1990-cı il oktyabrın 7-də yeganə övladı olan İlqarə Kazımova dünyaya gəlib. İlqarə də anasının yolunu davam etdirərək müğənni kimi fəaliyyət göstərir. İlqarə subaydır.
Xalq artisti bu sözləri efirdə söyləyib.Yenicag.az