“Qızıl quyu”, “Beloçka” tum istehsalçısı cərimələnə bilərbackend

“Moxito”, “Qızıl quyu” kimi qazlı və qazsız içkilərin, “Beloçka” və bu kimi müxtəlif tum məhsullarının istehsalçısı “Ayan” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

“Yeni Gundem” xəbər verir ki, “Ayan” MMC şirkətinin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əlayhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Ayan” MMC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, gömrük qaydalarını pozduğuna görə cərimələnməsi gözlənilən “Ayan” MMC-nin rəhbəri Bayramov Elman Halay oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az