Azərbaycanda qorunan əmanətlərin illik faiz dərəcəsi üzrə hər hansı bir dəyişiklik gözlənilirmir.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki, banklarda manat və xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi periodik olaraq nəzərdən keçirilir. Hər hansı dəyişiklik olarsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, son dövrlər yerli banklar həm manat, həm də valyutada yüksək faizlə əmanət cəlb edirlər. Manatla depozit faizləri 12%-ə, xarici valyutada isə 4-5%-ə qədər yüksəlib. Hazırda ölkədə qorunan əmanətlər üzrə faiz dərəcələri 12%, xarici valyutada isə 2,5% təşkil edir. Fiziki şəxslərin əmanətləri isə 100 min manata kimi qorunur.
Yerli banklar isə hesab edir ki, hazırda bankların ödəmə qabiliyyəti yüksək olduğu üçün əmanətlərin sığorta mexanizmində dəyişikliyə ehtiyac yaranıb. Bu həm də likvidliyin təmin olunmasın baxımından əhəmiyyətli addım ola bilər.