“Barselona”nın azarkeşləri PSJ-nin prezidenti Nasser Əl-Xəlafini Messiyə görə təhqir ediblər.
“Yeni Gündəm” xəbər verir ki, prezident komanda ilə birlikdə Çempionlar Liqasının 1/8 finalında Kataloniya klubu ilə matç üçün İspaniyaya gəlib.
Bu vaxt Əl-Xəlafi azarkeşlər tərəfindən qarşılanıb. “Barselona” fanatları onu təhqir edərək, “Qorxaq, oğru, əllərini Messidən çək” kimi ifadələr işlədiblər.
Qeyd edək ki, sabah keçiriləcək “Barselona” – PSJ görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.