“Qoy Finlandiya prezident Putinə dərs olsun”-Britaniyanın müdafiə naziribackend

Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması Rusiya prezidenti Vladimir Putin üçün dərs olmalıdır.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

“Mən şadam ki, Finlandiyanın NATO-ya üzvlük ərizəsi təsdiqlənib və mən bu ölkəni təşkilatda salamlamaq istəyirəm. Qoy Finlandiya prezident Putin üçün dərs olsun. Finlandiya öz istəyi ilə qoşulmağa qərar verdi. Suveren dövlətlərin alyansları sərbəst seçməsi yalnız onların vətəndaşlarının işidir”, – Böyük Britaniyanın müdafiə naziri bildirib.

Xatırladaq ki, dünən Finlandiya rəsmi olaraq NATO-ya üzv olan 31-ci ölkə oldu.

Fərahim Rəhimov