Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasına müsahibəsi zamanı deyib ki, Laçın dəhlizi Rusiyaya məxsusdur və orada sülhməramlılar yerləşdirilib deyərək orda baş verən bütün hadisələrə görə sülhməramlılar məsuliyyət daşıyır ifadəsinin işlədilməsi onun savadsız və məntiqsiz olduğunun göstəricisidir.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın bütün addımları beynəlxalq hüquq normalarına uyğundur.
“Qriqoryan hələ də bilmir ki, hətta onun baş naziri Paşinyan da Praqada və Soçidə Azərbaycanın ərazisi bütövlüyünü tanıyıb və Laçın yolu da Azərbaycanın suverən ərazisidir. Digər bir məsələ isə Qriqoryanlar özləri beynəlxalq hüquq normalarını ayaq altına ataraq heç endirdiyi halda özləri üçün lazım olanda beynəlxalq hüqdan, üçtərəfliu bəyantlardan yapışması çox gülməlidir. Çünki, beynəlxalq hüquq və razılaşmalara bütün tərəflər əməll etməlidir, o cümlədən Ermənistan da. Beləki, 30 il torpaqlarımızı darmadağın edərək soyqırımlar törədəndə sizin üçün beynəlxlaq hüquq yox idi? 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 4,6 və 9-cu bəndlər niyə icra olunmur? Rusiya sərhəd xidməti Naxçıvana Zəngəzur dəhlizi vasitəsilə manesiiz keçid təmin etməli olduğu halda niyə bunu etmir? Qriqoryanlara suallarımız çoxdur. Sadəcə qısa olaraq demək istəyirəm ki, Azərbaycanın bütün addımları beynəlxalq hüquq normalarına uyğundur və hərəkətlərimizdən qüsur tutmağına savadınız çatmır”,- deyə o qeyd edib.
Fərahim Rəhimov