Quba Dövlət Sosial – İqtisadi Kollecində imtahan “bazarlığı”backend

Quba Dövlət Sosial – İqtisadi Kolleci  ilə bağlı xoşəgəlməz  məlumatlar daxil olub.

“Yeni Gundem” xəbər verir ki, ölkədə ali təhsil ocaqlarda və  kolleclərdə 2024-2025-ci tədris ilinin qış imtahan sessiyası  keçirilib. 
 Quba Dövlət  Sosial İqtisadi Kollecində imtahanlar fəqli qaydada keçirilib və imtahandan keçməyən tələbələrə  “razılaşma” əsasında problemin həlli üçün çalışır.
Bu barədə tələbələrdən məlumat daxil olub.   Elə tələbə var ki, qrup rəhbər ilə razılaşıma etmədiyi üçün müəllim tərəfindən  imtahandan kəsilir,  və əlavə ödəniş edərək yenidən imtahana girməyə məcbur olur.  Əlbətdə ki, müəllim rəhbərliyin göztərişinə əsasən işini icra edir amma tələbələr buna etiraz edərək imtahana girməkdən imtina edirlər və nəticədə  tələbə üçün müyyən problemlər yaranır. 
İmtahan nəticələri və digər  xoşagəlməz məsələlər barədə məlumarlar yaxın günlərdə ictimayyətin diqqətinə çatdırılacaq. 
 Quba Dövlət Sosial – İqtisadi Kolleci ilə  əlaqə saxlamaq mümkün olmadı. XALQ.AZ