Qubad İbadoğlunun partiyasının 36 üzvü istefa verdibackend

Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucu üzvü və idarə heyətinin üzvü İsmayıl Nəzirli və 35 nəfər üzv partiyadan ayrılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə İsmayıl Nəzirlinin yaydığı bəyanatda qeyd edilir.

Vurğulanır ki, buna səbəb ADR rəhbəri Qubad İbadoğlunun susqunluğu, tez təsir altına düşməsi, öz merkantil maraqlarına xidmət etməsi, o cümlədən, ümumiyyətlə lider keyfiyyətlərinin olmaması, yalnız şəxsi maraqlarını düşünməsi, təşkilata gəlir mənbəyi kimi baxması olub.

Bəyanatda istefaların arta biləcəyi qeyd olunub.