Qubada avtomobil ağaca çırpıldı – Ölən və yaralanan varbackend

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem” APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.