Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
“Yeni Gundem”-in məlumatına görə, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur. Hazırda qar yağmaqda davam edir.
Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.