Qulaq qaşıntısı ilə xəstəxanaya getdi, müayinənin nəticəsi həkimləri şoka saldıbackend
ABŞ-nin Kanzas ştatında yaşayan Susie Torres adlı qadın gecə yatarkən qulağında yüngül qaşıntı hiss edib, lakin buna məhəl qoymadan yatmağa davam edib. Səhər yuxudan duranda isə qulağında şiddətli qaşınma ilə oyanıb.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki, qulağındakı qaşınma dözülməz hala gələndən sonra həkimə müraciət edən qadın dəhşətli xəbər öyrənib.

Müayinə zamanı qadının qulağında hörümçək olduğu müəyyən edilib. Həkim bildirib ki, əməliyyat qısa müddətdə aparılmalıdır.
Həkimin uğurlu əməliyyatından sonra hörümçək qulağından çıxarılıb. Lakin hörümçəyin növü hər kəsi dəhşətə gətirib. Belə ki, qulaqdan çıxarılan hörümçəyin dünyanın ən zəhərli hörümçəklərindən biri olduğu müəyyən edilib.