“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda öncə baş tutan mətbuat konfransında çexiyalı futbolsevərlərə təşəkkür ünvanlayıb.
“Yeni Gündəm” xəbər verir ki, 50 yaşlı mütəxəssis komandanı və məşqçi heyətini hava limanında və oteldə qarşılayan çexiyalı azarkeşlərin bu addımını yüksək qiymətləndirib:
“Bizi həm hava limanında, həm də oteldə bir neçə çexiyalı azarkeş qarşıladı. Bizim futbolçularımızın, mənim, köməkçilərimin avtoqraflarını istədilər. Zaur Tağızadə, Elçin Rəhmanov, Elxan Həsənovun futbol oynadığı vaxtlardakı şəkillərini göstərdilər. Mənim üçün çox xoş idi, onlar əsl futbol azarkeşidirlər. Baxmayaraq ki, sayları az idi, bizə çox böyük dəyər verdilər. Hər birinə təşəkkür edirəm”.
Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı sabah saat 23:00-da başlayacaq. İlk oyun 0:0 hesabı ilə başa çatıb.