“Mançester Sitinin” baş məşqçisi Pep Qvardiola və “Barselona”nın ulduzu Lionel Messi koronavirusla mübarizəyə dəstək nümayiş etdirib.
“Yeni Gündəm” xəbər verir ki, ispan mütəxəssis Tibb universiteti və “Angel Soler Daniel” xeyriyyə mərkəzinə 1 milyon avro bağışlayıb.
Messi isə “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib. Klinika buna görə ulduz futbolçuya təşəkkür edib.
İspaniyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub.