“Rabitəbank”dan müştərilərə pis xəbər: YDM keşbekləri 3 faizə endirilirbackend

“Rabitəbank”a aid “Kartmane” debet kartları üçün YDM keşbekləri endirilir. İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank açıqlayıb.

Qərara uyğun olaraq, 1 noyabr tarixindən etibarən “Kartmane” debet kartları üçün YDM keşbeklərini 5 faizdən 3 faizə endiriləcək.

Qeyd edək ki, əvvəllər YDM keşbekləri 10 faiz olub, sonradan isə bu 5 faizə endirilib.