MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bağyarğı altında Mütləq Döyüş Çempionatında (UFC) görüşünə çıxıb.
“Yeni Gündəm” xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqasda braziliyalı Rafael dus Anyusa qalib gəlib.
Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibindən nokautla üstün olub.
Qeyd edək ki, Rafael Fiziyev UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.