Rafiq Hüseynov: “Savadsızların ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”backend

“Bütün güləş həyatım boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam”.

“Yeni Gündəm”-in məlumatına görə, bu sözlər Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının qalibi olan Rafiq Hüseynova (82 kq) məxsusdur.

Klassik güləşdə üçüncü dəfə Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşən Hüseynov instaqram səhifəsi vasitəsilə paylaşım edib. O, gənc yaşlarında böyük uğurlar qazanmasına səriştəsiz məşqçilərin rəhbərliyi altında çalışmasının mane olduğunu bildirib: “Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm. Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib, qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Azarkeşlik etdiyiniz üçün hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, Rafiq Hüseynov 2011-ci ildə Dortmundda, 2020-ci ildə isə Romada Avropa çempionu olub.

Apasport.az