Rafiq Quliyevin başçısı olduğu rayonda ərazilər “ENİNƏ-UZUNUNA” SATILIRbackend

Paytaxt Bakının rayonları içərisində qanunsuz tikinti biznesinə, yaşıllıqların məhv edilməsinə və digər neqativ hallara görə, Xətai rayonu ön sıralarda gedir. Bu neçə illərdir ki, beləcə davam edir. 2019-cu ildə Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə sakinlər arasında müəyyən ümid var idi ki, bəlkə vəziyyət müsbətə doğru dəyişər.

“Yeni Gundem”in məlumatına görə, 3-4 ildə Xətai sakinləri tam əksini müşahidə etdilər. Özünü Qarabağ veteranı kimi qələmə verən Rafiq Quliyev icra başçısı təyin olunandan sonra rayon ərazisi az qala kənd rayonlarını xatırlatdı. Hətta parklarda qoyun sürüləri görünməyə başladı. Qanunsuz tikintilər isə Rafiq Quliyevin vaxtında daha da çoxaldı.

Bir sözlə, Rafiq Quliyev rayonda hər gün bir oyundan çıxır

Daha ətraflı video materialda:

Yenigundem.az