Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün təlim planına uyğun olaraq Azərbaycan ordusunun raket və artilleriya qoşunlarının bölmələrində taktiki döyüş atışlı təlimləri davam edir.
“Yeni Gundem” xəbər verir ki, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb. Sonra bölmələr atəş mövqelərini tutaraq çoxsaylı reaktiv yaylım atəş sistemlərindən, özüyeriyən haubitsalardan və artilleriya qurğularından atəşə tutulub, şərti düşmənin hədəflərini yüksək dəqiqliklə məhv ediblər. Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.