“Sabah” Ramil Şeydayevlə yollarını ayırıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Ramil Şeydayev 2020-ci ilin fevral ayından “Sabah”da çıxış edib. O, Bakı klubunun heyətində keçirdiyi 29 oyunda 6 qol vurub.