“Sabah” klubla müqavilə müddəti bitən Ramil Şeydayevlə yollarını ayırıb.
“Yeni Gündəm” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
25 yaşlı hücumçu 2020-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.
Klub Ramil Şeydayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
***
Qol.az-ın əldə etdiyi xəbərə görə, R.Şeydayev karyerasını “Qarabağ”da davam etdirəcək. Onunla 2 illik müqavilə imzalanacaq. Bununla bağlı rəsmi açıqlamanın bu gün yayılacağı gözlənilir.
Xatırladaq ki, Şeydayev 2017-18 mövsümündə də Ağdam klubunda çıxış edib.