“Qarabağ”ın Avropa Liqasında “Frayburq”a qarşı keçirdiyi oyundan sonra komandanın hücumçusu Ramil Şeydayevlə azarkeşlər arasında gərginlik yaşanıb.
“Yeni Gundem” “qafqazinfo”ya istinadən xəbər verir ki, matçdan sonra oyunçular azarkeşlərə təşəkkür bildirərkən fanatlardan bir neçəsi R.Şeydayev və Kvabena Ovusuya etiraz edib.
Nəticədə Şeydayev tərəfdarların etirazına əsəbiləşib. Onu həmin ərazidən komanda yoldaşları Marko Veşoviç və Musa Qurbanlı uzaqlaşdırıb.