Rasim Kazımov vəzifəsindən azad edildibackend

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.