Azərbaycan Kikboksinq Federasiyasının Xocalı idman klubunun Peşəkar döyüşçüsü Rauf Gərayzadə Türkiyənin İstanbul şəhərində keçiriləcək “kikboks idman növünün k1 növü” üzrə ölkəmizi təmsil edəcək.
Martın 25-də Azərbaycan Kikboksinq Federasiyası “Xocalı” idman klubunun “Shams Group” və “Vətən Müharibəsi Əlillərinə Kömək” ictimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmələr və katetlər üzrə böyük məşqçisi, eyni zamanda “Xocalı” idman klubunun
baş məşqçisi Əli Cəfərov bildirib.
Milli komandanın üzvü “Xocalı” idman klubunun peşəkar idmançısı Azərbaycan Respublikasını layiqincə təmsil edəcək Azərbaycan idmançılarına və xüsusilə, “Xocalı” idman klubunun yetirmələrinə daimi diqqət və qayğı göstərən Milli Məclisin sədr müavini, Millət Vəkili, Gənclər və idman komitəsinin sədri, Kikboksinq Federasiyasının fəxri prezidenti cənab Adil Əliyevə,
Azərbaycan Kikboksinq federasiyasının Prezidenti, hər zaman idmançılara diqqət və qayğı göstərən
Orxan Əliyevə,
Azərbaycan Kikboksinq federasiyasının birinci vitse prezidenti, eyni zamanda “Xocalı” idman klubunun rəhbəri, beşqat dünya çempionu daima idmançılara mənəvi dəstək olan Ehram Məcidova,
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədova,
“Shams Group”un rəhbəri daima idmançılara döyüş ruhu verərən mənəvi dəstəyinə görə Qalib Əliyevə və
Anar Ağayevə təşəkkür edirik.
Qeyd edək ki, mətbuat konfransında dünya və Avropa çempionları, olimpiya mükafatçıları
Həsən Hüseynov, Ramal Aslanov və digər idmançılar iştirak edib.
Konfransda “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Shams Group”un idarə heyətinin fəalları, qazilər idmançılarımızın qələbə əzminə təkan verən çıxışlar ediblər.
Mətbuat iştirakçılarının maraqlı sualları idmançılar tərəfindən ətraflı cavablandırıldı.
Edaletyolu.az : Maqsud Ələkbərov