Rauf Hüseynova vəzifə verildibackend

Rauf Hüseynov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov əmr imzalayıb.

O, son təyinatadək “AzərTürkBank” ASC-də İdarə Heyəti sədrinin müşaviri olub.

Qeyd edək ki, R. Hüseynov 1982-ci ildə anadan olub. Uzun müddət bank sektorunda rəhbər vəzifələrdə çalışıb. 2020-2023-cü illərdə dövlət şirkəti olan “Azərbaycan Sənaye Korporasiyası” ASC-də Müşahidə Şurası sədrinin ofisinin rəhbəri vəzifəsində işləyib.