“Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm” – Naziləbackend

Şairə Nazilə Səfərli efirlərə qarşı soyumasından gileylənib.

Yeni Gundem” xəbər verib ki, bu barədə şairə “ATV”də qonaq olduğu “Rəngarəng” verilişində danışıb. 

“Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm. Əvvəllər axşam toy olurdu, səhər efirlərdə olurdum. Hətta kövrəlmişəm ki, vaxt olurdu, qatara minib, burdan “Tovuz” kanalının efirinə çıxmaq üçün yol getmişik. Vaxt olub ki, Zaur Baxşəliyevin “Yağ kimi” verilişi bizim evə gələcək deyə iki gün atamız, bacımız, qardaşımız yığışıb evin fasadını boyamışıq. Başqa bir kanal evimizə çəkilişə gələcək deyə “quzu ordan asılsın”, “samovar burdan qaynasın” – həvəsli zamanımız olub. İndi isə burdan-bura  efirə gəlməyə can çəkirik”,  – o bildirib.