İspan nəhəngi “Real” Madrid iki ulduz üçün fantastik xərcə düşəcək.
“Yeni Gündəm” xəbər verir ki, kral klubu heyətini qatmaq istədiyi “Borussiya” Dortmundun ulduzu Erling Haaland və PSJ-dən Kylian Mbappenin üçün 852 milyon avro ayırıb. Mətbuatın məlumatına görə Mbappe ilə 36 milyon, Haaland isə illik 9 milyon avro tələb edir. İki futbolçudan hər biri üçün 150 milyon avro və 300 milyon avro transfer haqqı istənildiyini nəzərə alaraq, ümumilikdə 852 milyon avro xərclənəcək.