“Real” Ronaldo və sevgilisinə başsağlığı verdibackend

“Real” keçmiş futbolçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigesə yeni doğulan əkiz övladlarından oğlunun vəfatı ilə bağlı başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, “Real”ın yaydığı açıqlamada bildirilir:

“Real” futbol klubu, onun prezidenti, Direktorlar Şurası Ronaldo və Corcina Rodriqesə onların övladlarından birinin vəfatından dərin kədər hissi keçirdiyini bildirir. Klub onların ağrısını bölüşür və sevgilərini göndərir”.

Qeyd edək ki, oğlan övladını itirməsi haqda məlumatı Ronaldo özü açıqlayıb.