Regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandırbackend

Azərbaycan Prezidenti 44 günlük Qarabağ müharibəsi və təxminən üç ildən sonra aparılan lokal xarakterli antiterror tədbirlərinin əsas səbəbinin Ermənistanın uzun illər davam edən danışıqlar prosesində qeyri-konstruktiv mövqeyi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz gücü ilə İrəvanın məhəl qoymadığı və yerinə yetirməkdən imtina etdiyi BMT qətnamələri və digər beynəlxalq sənədlərin müddəalarını yerinə yetirdi.

Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üzrə təşəbbüslər haqqında fikirlərini şərh edən ərəb mediası yazıb ki, dövlət başçısı vaxtilə Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyinə ümid etdiyini də bildirib. O əlavə edib ki, lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər.

30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu səbəblə abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionların yenidən qurulmasında prioritet istiqamətlərdəndir.

Məlumdur ki, ermənilərin “təbliğat maşın”ı yalan, böhtan, iftira üzərində qurulan bir mexanizmdir. Mənfur ermənilərin “təbliğat maşınıları”nın istehal etdiyi uydurma, saxta məlumatlar əsrlərdən bəri indi də davam edir. Onlar indi də guya azərbaycanlıların “zavallı ermənilərə” qarşı “qəddarlığ”ı barədə dünya ictimaiyyətini inandırmağa cəhd edirlər. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı sayəsində hər zaman ermənilərin yalanları ifşa edilir, həqiqətlər olduğu kimi dünya ictimaiyyətinə çatdırılır. Prezident İlham Əliyevin informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacarır.

Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq məhz bizim sülh təklifi ilə çıxış etməyimizin beynəlxalq ictimaiyyət tərəfindən də bilinməsi olduqca vacibdir. Cənab Prezident də hər imkanda bu həqiqətləri çatdırmaqla bizim haqlı mövqeyimizi nümayiş etdirmiş olur. Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də aparılan danışıqlar və vasitəçilərlə bağlı oldu. Xüsusilə də Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlara toxunan ölkə başçısı bildirdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim İttifaqla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir.

Nəsimi rayon sakini / Vətən müharibəsi veteranı / Nurlan Vəliyev