Regonal idarə rəisi ilə icra başçısı arasında QALMAQAL PİK HƏDDƏ – Qaraşovun tələblərini havadan aslı qoyan nazirin əqrabasının “kabinet savaşı”backend

Son günlərdə Lənkaranda başçısı ilə məmur çəkişmələri və qalmaqalları Taleh Qaraşovun vəzifədə olma tarixinin sonuna yaxınlaşması deməkdir.

“Yeni Gundem” bildirir ki, yayılan məlumatlar və iddialara inansaq görərik ki, xanım müvindən başlayan məmur olayları hələ də Lənkaranda bitmək bilmir. Beləki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə ilə Lənkaran icra başçısı arasında yaranan narazılıq getdikcə böyüməkdədir. İcra başçısının tələb və göstərişləri rayonda eşidilməz hala gəlib. Deyilənlərə görə, Teymur Babazadə, açıq-aşkar icra başçısı Taleh Qaraşova əzələ nümayiş etdirir və tələblərini rədd edir. Hadisələrdən də bəlli olur ki, T. Babazadə həm nazirin əqrabası kimi, həm də icra başçısına tabeçiliyi olmayan vəzifə sahibi olaraq Qaraşovun sözlərini havadan aslı qoymaqdadır.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunduğu bildirilən Teymur Babazadə, icra başçı ilə çəkişməsi rayonda rəhbər və məmur münasibətinin eləcə də idarəçiliyin itməsi deməkdir. Maraqlı və həm də təəccüb doğuran hal odur ki, Qaraşovun Lənkarana təyin edildiyindən bu günə qədər məmur özbaşınalığı birinci hal deyil. Dəfələrlə icra başçısının ətrafında qalmaqallar və soyuq savaşların olduğu görünmüşdür.

Teymur Babazadə ilə icra başçısının aralarında olan narazılıq və çəkişmənin pik həddə çatması həqiqətən də yayılan məlumatlara görə,”kabinet savaşı”dır, yoxsa sıradan məmur özbaşınalığı…!?

.Mövzuya qayıdacağıq. Qarşı tərəfin cavab haqqını tanıyırıq… Kainat.tv