“Rəhimlə artıq 6-7 ildir bərabər işləyirdim. Bu günə qədər qapısını döyməyən sənətçilər, hamı onun haqqında danışmağa məcbur olub. Rəhimin ölümü çoxunun əlində reklam, piar olub. Hamı danışır. Elə sənətçilər danışır ki, elə bil Rəhimin əlindən tutub onu sənətə gətiriblər, müəllimi olub, televiziyaya çıxardıblar. Baxıb sadəcə gülmüşəm. 7 il ərzində bir evdə qalmışam, amma bir dəfə o müğənninin, o sənətkarın qapısını döyüb içəri girdiyini görməmişəm”.
“Yeni Gundem” “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin prodüseri Həmzə Məmmədli “7 canlı” proqramında qonaq olarkən deyib. O, sənətçinin müalicəsi üçün imkanının olmaması ilə bağlı iddialara da aydınlıq gətirib:
“Çoxu deyir, Rəhimin pulu yox idi. Bir həkim var danışır, bilmirəm piar edir, ya nədirsə… Onun prodüseri olmuşam, gün ərzində ən azından iki toya gedirdi və ya bir. Bir toya minimum 3500 manata gedirdi. Bu, Bakı qiyməti idi. 2 toy olanda edir 7000 manat. İndi bu adamın özünü müalicə etməyə imkanı yox idi? Şəhərin mərkəzində qalırdı, hamı da gördü.