backend

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ağır xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb. “Yenigundem” xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) aparıcılıq etdiyi “Hər şey daxil” proqramında məlumat verib. 

Tolik canlı efirdə gitara ifaçısı ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb.  Prodüser-aparıcı qeyd edib ki, xalq artistinin müalicəsi üçün 10 min manat lazımdır:

“Buradan imkanlı şəxslərə səslənirəm. Hamıya dəstək olursunuz. Nə olar ki, 10 mindən keçin ,verin Rəmiş gedib Türkiyədə müalicə alsın”.