Renkadan məmur sevgilisi ilə bağlı suala münasibətbackend

Tanınmış rəqqasə Renka “Səhər yeməyi İlahə ilə” verilişinin qonağı olub.

“Yenigundem”ın məlumatına görə, aparıcı İlahə Nizamiqızı rəqqasəyə məmur ilə sevgili olması barədə sual ünvanlayıb. Aparıcının “Bildiyimə görə Rəna hansısa məmurla sevgilidir? O kimdir?” suala Renka aydınlıq gətirib.

Renka aparıcıya “Əslində hamı elə fikirləşir. Amma elə deyil. Yayılan xəbər şayiədir. Uşaqlarıma güclə vaxt ayırıram” sözlərini deyib.

Renka rəqs geyimlərini 4 xarici ölkələrdən sifariş etməyini bildirib.

Qeyd edək ki, Nail Naiboğlunun “Səhər yeməyi İlahə ilə” layihəsi “Youtube” kanalında yayımlanır.