Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilibbackend

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Yeni Gundem”-in xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.