Müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus üzündən işsiz qalmış azərbaycanlı ailələrə dəstək olub.
“Yeni Gündəm” xəbər verir ki, sənətçi ehtiyac içərisində yaşayan 250 ailəni iki ay ərzaqla təmin etməyi öz üzərinə götürüb.
O, görüntüləri İnstaqram səhifəsində paylaşaraq “Əziz izləyicilərim, hal hazırda Moskvada olan 250 dən çox ailəni, 2 aylıq himayəmizə götürdük.Ərzaqlarla təmin etdik, düşdükləri çətin vəziyətlərində çıxış yolu tapmağa çalışdıq. Buda son deyil, biz bunu davam edirik.
Bu çətin ərəfədə, həmyerlilərimizlə bərabər olacam. Allah hər birinizi qorusun.Canımız sağlam olsun”. sözlərini yazıb.