Müğənni Rəqsanə İsmayılova Moskvada iştirak etdiyi toy mərasimlərinin birində bahalı üzüyünü itirib.
“Yeni Gündəm” xəbər verir ki, Rusiyadakı mənbələrdən Sfera.az-a daxil olan məlumata görə, hadisə Moskvanın “Çistıe prudı” metrostansiyası yaxılınğında, Akademik Saxarov küçəsində yerləşən “Bakinski dvorik” restoranıda baş verib.
Mənbənin bildirdiyinə görə, Rəqsanə tez-tez bu restoranda keçirilən toylara dəvət alır. O, həmin gün də adıçəkilən məkanda toyda imiş.
Arada ayaqyoluna keçən müğənni qiymətli brilyant üzüyünü də orada unudub. Üzüyünün itməsindən isə bir də toyun sonuna yaxın xəbər tutub.
Hadisə yerinə dərhal Moskva şəhər Krasnoselsk rayon polis idarəsinin əməkdaşları gəlib. Müğənnidən izahat alınıb.