Müğənni Rəqsanə İsmayılova Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının “Instagram” hesablarını bağlatdırıb.
“Yeni Gundem” Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında videoaçıqlama paylaşaraq məlumat verib.
Rəqsanə yayımladığı videoaçıqlamada bildirib ki, bunu “Instaqram”ın tətbiq etdiyi qaydalar çərçivəsində həyata keçirib.
Saytların bağlanan “Instagram” hesabları arasında “Olay.az” informasiya agentliyinin 300 minə yaxın izləycisi olan səhifəsi var. Bundan başqa, Axşam.az saytının 624 minlik izləyicisi olan “Instagram” səhifəsi kütləvi şəkildə kiber hücumlara məruz qalıb.
Müğənni həmçinin, “Qafqazinfo.az” saytının “Instagram” hesabına mesaj yazaraq, onunla bağlı xəbərlər səhifədən silinməzsə, problemlərin yaranacağı ilə hədələyib.
Qeyd edək ki, R.İsmayılova və həyat yoldaşı iş adamı Fazil Əmiraslanov son günlər aparıcı və aktyor Sərxan Kərəmoğlunu nalayiq ifadələrlə təhqir etməsi ilə dillərə düşüb.
Belə ki, R.İsmayılova Kərəmoğlunu hədələyərək, başına oyun açacağını və heç kimdən qorxmadığını söyləməsi ilə cəmiyyətdə müzakirə predmetinə çevrilib. Rəqsanənin bu addımı isə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayaraq, tənqid edilib.