Rəşad Sadıqovun “Neftçi” klubuna gələcəyi ilə bağlı məlumatlar klub tərəfindən təkzib edilib. Bu barədə Oxu.Az-a “ağ-qaralar”ın mətbuat katibi Emin Əfəndi məlumat verib.
“Hər gün bu məsələlərlə bağlı xəbərlər çıxır. Hazırda Miodraq Bojoviçlə əməkdaşlıqda heç bir problem yoxdur. Klub rəhbərliyi təcrübəli mütəxəssisin işindən razıdır. Rəşad Sadıqov xəbəri isə yalandır”.
Qeyd edək ki, monteneqrolu çalışdırıcı Miodraq Bojoviç ötən il dekabrın 24-də paytaxt təmsilçisində sükan arxasına keçib. 56 yaşlı balkanlı ilə 6 ay+1 illik müqavilə imzalanıb.