Rəşid Behbudovun nəvəsinin FOTOLARIbackend

Əməkdar artist Rəşidə Behbudova oğlu ilə birlikdə fotosunu yayımlayıb.

“Yeni Gundem” axşam.az-a istinadən xəbər verir ki, övladı Rəşidlə olan paylaşımına ifaçı bunları yazıb:

“Sevimli, yeganə oğlum, mən dünyanın ən xoşbəxt anasıyam, çünki bu gün layiqli bir oğuldan belə layiqli sözlər hədiyyə aldım… Çox qürur duyuram ki, sənin hörmətini və sevgini qazana bildim. Sən mənim üçün qürurumsan, işığımsan, nəfəsimsən və həyatda mütləq sevgimsən. Sən elə gözəl bir gənc kimi böyüdün, elə bir zəkaya, biliyə sahib oldun ki… Ana üçün dünyada bundan böyük qürur ola bilməz. Səni çox sevirəm və gənc ailənə, həyat yoldaşın Culiyaya, hər ikiniz üçün böyük xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram. Əlini əlimdən heç vaxt buraxma”.