Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildirib.
“Yeni Gundem” xəbər verir ki, Rusiya XİN-in sözçüsü bildirib ki, bu günün əsas vəzifəsi Bakı və İrəvan tərəfindən qeyd olunan sazişlərin bütün müddəalarının ardıcıl şəkildə yerinə yetirilməsidir.
“Bu mövzu çox həssasdır. Bu, tərəflərin özləri arasında dialoqda iki xalqın barışması kontekstində nəzərə alınmalıdır. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını ən yüksək səviyyədə üçtərəfli sazişlər təşkil edir. O, həmçinin humanitar məsələləri də əhatə edir. Bu günün əsas vəzifəsi Bakı və İrəvan tərəfindən qeyd olunan sazişlərin bütün müddəalarının ardıcıl şəkildə yerinə yetirilməsidir”- deyə o qeyd edib.
Fərahim Rəhimov