Şahbuz Rayon İcra Hakimiyyətinin (RİH) rayon ərazisində Sələsüz, Daylaqlı, Kolanı və Biçənək kəndlərindən keçən magistral avtomobil yolunun işıqlandırılması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 278 000 AZN olub.