“Riker səfər çərçivəsində diqqətli olmalıdır” – Zaur Məmmədovbackend

Rikerin səfəri sırf ATƏT in Minsk qrupu çərçivəsində edilən səfər deyil. Bu daha çox ABŞ nümayəndəsinin Cənubi Qafqaza tanışlıq məqsədilə edəcəyi səfər olacaq.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Bakı Politoloqlar Klubunun rəhbəri eyni zamanda Rikerin edəcəyi səfərin müsbət ola biləcəyini də vurğuladı. O həmçinin Rikerin Cənubi Qafqaza edəcəyi səfərində diqqətli olmalı olduğunu da qeyd etdi.

“Riker Cənubi Qafqazdaki proseslərdən məlumatlanacaq. Onda baxış bucağı formalaşacaq. Rikerin səfəri müsbət halda ola bilər. Riker səfəri çərçivəsində diqqətli olmalıdır. Ermənistanda ikibaşlı, ədalətsiz bəyanatlar verməməlidir. Ermənistan revanşistlərini hansısa məsələdə şirnikləşdirməməlidir. Riker başa düşməlidir ki, o Minsk qrupunun,”Dağlıq Qarabağ” ın, statusun adını çəkməsə onun üçün və ABŞ üçün daha yaxşı olar. Çünki Cənubi Qafqazda bu ifadələrdən istifadə edilmir.

Qeyd edək ki, ATƏT in Minsk qrupunun amerikalı həmsədri, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi səfir Filip Riker bu həftə Cənubi Qafqaza səfər edəcək.

Fərahim RƏHİMOV

Yenigundem.az