“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edirbackend

Nəsimi rayonunda fəaliyyət göstərən “RM Medicare Klinika”nın sertifikasiyadan keçməyən şəxsləri çalışdırdığı məlum olub.

“Yeni Gundem” xəbər verir ki, klinikada aparılan yoxlama zamanı məlum olub ki, “RM Medicare Klinika” İnzibati Xətalar Məcəlləsinin sanitariya və epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 20 dekabr tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az