Premyer Liqanın 14-cü turunda “Arsenal”la oyun “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.
“Yeni Gündəm” xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə dubl edib. O, 52 və 70-ci dəqiqələrdə fərqlənib. Bu isə Ronaldonun karyerasındakı karyerasında 800 və801-ci qol kimi düşüb. Daha əvvəl heç kim belə nəticə əldə etməyib.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Onun millidə keçirdiyi 184 oyunda 115 qolu var.
Qeyd edək ki, ötən gün “Mançester Yunayted” 3:2 hesablı qələbə qazanıb.