Lionel Messi və Kriştiano Ronaldonun gündəmi alt-üst edən paylaşımdan əldə etdikləri qazanc bəlli olub.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur brendin bir araya gətirdiyi ikili paylaşımları ilə cüzi sərvət qazanıb.
Məşhur amerikalı fotoqraf Enni Leybovitsin çəkdiyi şahmat meydanı iki futbolçu tərəfindən eyni vaxtda paylaşılıb. Sosial medianı çalxalayan foto Enniyə təxminən 4 milyon 300 min dollara başa gəlib.
Həmçinin Ronaldonun bu paylaşıma görə 2,4 milyon dollar, Messinin isə 1,7 milyon dollar aldığı bildirilir.
Foto ilə bağlı sonradan ortaya çıxan fakt isə hər kəsi təəccübləndirib. Məlum olub ki, dünya şöhrətli iki futbolçunun fotoları ayrı-ayrı vaxtlarda çəkilib, sonra montaj edilərək bir araya gətirilib.